Yağışlı hava Bakıda tıxaca səbəb oldu

Yağışlı hava şəraiti Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlığa səbəb olub. Bakı Nəqliyyat Agentliyindən (BNA) "Yeniavaz.com"a bildirilib ki, hazırda paytaxtın H. Əliyev (şəhər mərkəzi istiqamətində), Neftçilər, Q. Qarayev (metronun Koroğlu stansiyası istiqamətində) və Tbilisi prospektlərində, Y. Səfərov (şəhər mərkəzi istiqamətində) Ü.Hacıbəyli, Z.Əliyeva, küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

DİGƏR XƏBƏRLƏR

Top