Rusiyanın xarici borcu 537,5 milyard dollaradək artıb

2017-ci ilin yanvarından sentyabrınadək Rusiyanın xarici borcu 23,3 milyard (4,5 faiz) artaraq 537,5 milyard dollar təşkil edib.

“Yeniavaz.com”un “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir. Mərkəzi Bank dövlət idarəetmə orqanlarının xarici borcunun 12,5 milyard dollar artmasını qeyri-rezidentlərin təkrar bazarda rus rublunda suveren borc alətləri almaları ilə izah edib. Digər sektorların borcu 12,9 milyard dollar və ya 3,8 faiz artıb ki, bu da xarici strukturlarla bağlı kredit resurslarının əhəmiyyətli dərəcədə daxilolmaları ilə şərtlənib.

DİGƏR XƏBƏRLƏR

Top