“Kalaşnikov” silahını artıq saytdan sifariş vermək olar

Rusiyanın “Kalaşnikov” konserni silahın onlayn-sifarişi xidmətini işə salıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, müştəri sifarişi saytda rəsmiləşdirə və malı konsernin ən yaxın brend-zonasında əldə edə bilər. Belə ki, “Kalaşnikov” konserni mülki atıcı silahın yeni internet-mağazasını təqdim edib. İndi arzu edən hər kəs kalashnikov.com saytında sifarişi rəsmiləşdirə bilər. Müştərilərin ov, taktiki və digər silahlar arasından seçim etmək imkanı var. Sifarişi rəsmiləşdirmək üçün sadə formanı doldurmaq, brend-zonalar arasında ən münasibini seçmək və sifarişi baxılması üçün göndərmək lazımdır. Sifarişin təsdiqi göstərilən elektron ünvana gəlir, bundan sonra müştəri şöbəsinin meneceri alıcı ilə əlaqə saxlayır.

DİGƏR XƏBƏRLƏR

Top