Su keçirməyən və 4G-yə qoşulan elektron kitab

ABŞ-ın Amazon” şirkəti təkmilləşdirilmiş su keçirməyən elektron kitab – “Kindle Oasis”i təqdim edib.

Elektron kitabın yeni versiyası 4G şəbəkələri üzrə mobil internetə daha sürətli qoşulmaq imkanına malikdir. Ekranın ölçüsü 7 düymdür (17,78 sm). Kitabın ölçüsü və parlaqlığı artırılıb. Batareyanın tutumu da artırılıb və cihaz bir dəfə doldurulmaqla 6 həftəyə qədər işləyir. “Kindle Oasis” “Bluetooth”a da qoşulur.

Yeni cihazın 32 Gb yaddaşa malik versiyası ABŞ-da 350 dollardan satışa çıxarılacaq. Baza versiyası isə (8 Gb yaddaş və 4G-yə qoşulma olmadan) 250 dollardır. Lent.az

DİGƏR XƏBƏRLƏR

Top