ABŞ YUNESKO-dan çıxır

ABŞ ölkənin YUNESKO-dan çıxması barədə təşkilatı məlumatlandırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir. Bildirilir ki, Dövlət Departamenti 2017-ci il oktyabrın 12-də YUNESKO-nun baş direktoru İrina Bokovanı ABŞ-ın bu təşkilatdan çıxmaq qərarı və YUNESKO yanında daimi müşahidə şurası təsis etmək niyyəti barədə məlumatlandırıb. Vaşinqton qərarını üzvlük ödənişləri üzrə borc, təşkilatda islahatın aparılması zərurəti və təşkilatın İsrail əleyhinə qərəzliliyi ilə izah edib. Qərar dekabrın 31-də qüvvəyə minəcək, bununla belə, ABŞ təşkilat yanında müşahidəçi statusunu saxlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top