SOCAR-ın neft hasilatı azalıb

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 5 milyon 579,3 min ton neft hasil edilib. "Yeniavaz.com" SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% az olub. Ötən ay SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub. Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 milyon 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə hasilat 3 milyon 219,6 min ton təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top