SOCAR-ın qaz hasilatı azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 4 milyard 457,8 milyon kubmetr qaz hasil edilib. "Yeniavaz.com" SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, qaz hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 5,3% az olub. Ötən ay SOCAR tərəfindən 498,7 milyon kubmetr qaz hasil olunub.
Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 21 milyard 118,1 milyon kubmetr qaz hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,3% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə qaz hasilatı 2 milyard 414 milyon kubmetr təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top