İspaniyada qırıcı təyyarə qəzası: 1 ölü

İspaniyanın Albaset vilayətində Lyanos aviabazası yaxınlığında “Eurofighter” qırıcı təyyarəsi qəzaya uğrayıb. “Yeniavaz.com”un “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, təyyarə Madriddə keçirilən Milli bayram gününə həsr olunmuş paraddan qayıdarkən qəzaya uğrayıb. Pilot katapult edə bilməyib və həlak olub. Təcili xidmətlərin nümayəndələri hadisə yerində işləyirlər.

DİGƏR XƏBƏRLƏR

Top