FƏTH və HƏMAS razılığa gəldi

Fələstinin ən böyük hərəkatları FƏTH və HƏMAS milli birlik hökumətinin fəaliyyətinin bütün məsələləri üzrə razılığa gəlib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, milli birlik hökuməti 1 dekabr 2017-ci il tarixindən gec olmayaraq dolğun işə başlamalıdır. Müvafiq saziş Fələstin hərəkatları nümayəndələri tərəfindən Misirin Ümumi Kəşfiyyat Xidmətinin binasında imzalanıb. FƏTH hərəkatının nümayəndə heyətinin rəhbəri Əzzam əl-Əhməd bildirib ki razılaşma milli birlik hökumətinə öz vəzifələrini həm İordan çayının qərb sahilində, həm də Qəzza sektrunda tam icra etməyə imkan verəcək: “Razılaşma Qəzza sektorunun sərhədlərindəki nəzarət-buraxılış məntəqələrinin işi kimi həssas məsələni də əhatə edir”.

DİGƏR XƏBƏRLƏR

Top