Marqvelaşvili azərbaycanlıları əfv etdi


"Gürcüstan prezidenti Georgi Marqvelaşvili 226 məhbusun əfv edilməsi barədə fərman imzalayıb. Onların sırasında azərbaycanlılar da var". Bunu Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze deyib. Z.Koridze bildirib ki, komissiya sentyabrın 27-dən oktyabrın 4-dək ümumilikdə 1406 məhbusun müraciətinə baxıb: "Onlardan 226-nın əfv olunması barədə Gürcüstan prezidentinə müraciət olunub. Əfv olunanlar arasında qadınlar və azyaşlılar da var”.

Komissiya sədrinin sözlərinə görə, əfv olunanlardan 141-i həbsxanadan bu gün buraxılacaq, 85 nəfərin isə cəzası yüngülləşdirilib: “Gürcüstan prezidenti zaman-zaman məhbusların əfv olunması barədə fərmanlar imzalayıb. Əfv olunanlar arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da olub. Yeni əfv olunanlar arasında da azərbaycanlılar var”.Report

DİGƏR XƏBƏRLƏR

Top