Bitkoinin məzənnəsi yeni rekord müəyyənləşdirdi

Oktyabrın 12-də bitkoinin məzənnəsi tarixdə ikinci dəfə olaraq 5000 dollar həddini keçib və yeni rekord müəyyənləşdirib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, hazırda bitkonin kapitallaşdırılması 84,7 milyard dollardan çox təşkil edir. Ən məşhur kriptovalyutanın məzənnəsi 5100 dolları ötüb və maksimum 5145 dollara çatıb. Bununla da o, gün ərzində təqribən 7 faiz artım nümayiş etdirib. Bunadək yalnız bir dəfə, sentyabrın 2-də bitkoinun məzənnəsi 5000 dollar səviyyəsinə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top