Mehmet Əli Şahin ikinci dəfə evlənir

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Karabükdən olan millət vəkili, ölkə parlamentinin keçmiş sədri və sabiq ədliyyə naziri Mehmet Əli Şahin ikinci dəfə ailə həyatı quracaq.

“Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, üç il əvvəl həyat yoldaşını itirən M. Ə. Şahin keçmiş katibəsi Zuhal Fırat ilə sabah Ankaradakı otellərin birində toy yeməyi verəcək. Onun keçmiş həyat yoldaşı Saniye Şahini 28 noyabr 2014-cü il tarixində müailəci aldığı xəstəxanada dünyasını dəyişib. 67 yaşlı M. Ə. Şahin üç ildən sonra 39 yaşlı Z. Fırat ilə ailə qurmaq qərarına gəlib. O, 15 gün əvvəl Z. Fıratla nişanlanıb. M. Ə. Şahin 4 uşaq atasıdır. Cütlüyün nikah mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıdırımın qatılacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top