SOCAR: Türkmənistan neftinin BTC ilə nəqli davam etdiriləcək, Qazaxıstanla danışıqlar davam edir

"2018-ci il üçün Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə Türkmənistan neftinin ixrac edilməsi ilə bağlı müqavilə bağlanıb". Bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib. Onun sözlərinə görə, nəql olunan həcmi 3-4 mln. ton təşkil edəcək: "Bu isə Türkmənistan neftinin ixracının təxminən 100%-nə bərabərdir. Bundan əvvəl imzalanan müqavilə isə 2 illik müddəti əhatə edib". Müvafiq müqaviləyə "SOCAR Trading" imza atıb. Qazaxıstan neftinin BTC ilə nəqlinə dair gəldikdə, Ə. Əhmədzadə bildirib ki, bununla bağlı hələlik müqavilə imzalanmayıb, lakin müvafiq danışıqlar aparılır. apa

DİGƏR XƏBƏRLƏR

Top