Moskva Ərdoğanın Krım barədə sözlərinə münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın mövcud statusunun tanınmaması haqqında bəyanatı yarımadanın Rusiyaya məxsusluğuna təsir göstərməyəcək.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, istənilən kəsin Krımın tanınması və ya tanınmaması haqqında bəyanatı Krımın Rusiyanın tərkib hissəsi olduğuna təsir etməyəcək: “Tərəfdaşlar müxtəlif olur, hamının müxtəlif maraqları var”.

Xatırladaq ki, R. T. Ərdoğan Kiyevdə Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşdə Qara dənizdə təhlükəsizlik məsələləri üzrə fəaliyyəti koordinasiya etmək barədə razılığa gəlib. Onun sözlərinə görə, Türkiyə Ukraynanın suverenliyini dəstəkləyir və Krımın qanunsuz ilhaqını tanımır.

DİGƏR XƏBƏRLƏR

Top