Rusiya Azərbaycandan gətirilən məhsulların nəzarətini gücləndirəcək

Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan, Ermənistan və Belarusdan meyvə-tərəvəz məhsullarının, o cümlədən pomidorların idxalına nəzarəti gücləndirəcək.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, “Rosselxoznadzor” bunu qadağan edilmiş məhsulları Rusiyaya tədarük etmək cəhdlərinin artması ilə əlaqələndirir. Bildirilir ki, son vaxtlar Rusiyaya gətirilməsi qadağan edilmiş məhsulların Azərbaycan, Ermənistan və Belarusa ixracı kəskin artıb. Sonradan həmin qadağan olunmuş məhsulları bu dövlətlərin malları kimi göstərərək Rusiyaya gətirmək istəyirlər. “Rosselxoznadzor” sadalanan ölkələri səlahiyyətlərini məlumatlandırıb ki, pomidorların olduğu hər bir qablaşdırma vahidindəki tara etiketlərində (markalamada) dəqiq ünvanla birlikdə istehsalçının adı göstərilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top