Sumqayıtda aprel şəhidlərinə qarşı hörmətsizlik: Şəhid plakatları sökülüb FOTOLAR

Bir neçə gün əvvəl bir qrup gənc tərəfindən Sumqayıt şəhərində aprel şəhidlərinin vaxtı ilə yaşadıqları küçənin girişinə onların şəkillərinin yer aldığı plakatları vurulub. "Yeniavaz.com" xəbər verir ki, bu gecə həmin plakatlar naməlum şəxslər tərəfindən sökülüb.

Aprel şəhidlərindən Əbdülməcid Axundovun, Şulan Bayramovun, Seymur Baxışovun, Rəşid Baxşəliyevin plakatlarının sökülməsi şəhid ailələri tərəfindən narazılıqla qarşılanıb.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova mətbuata açıqlamasında deyib ki, bu xəbəri eşidəndən məhv olublar: “ Bu hadisə mənə oğlumun şəhid olduğu haqda xəbəri alarkən keçirdiyim hissləri təkrar yaşatdı. Bu plakatları sökənlər yaşadığımız sevinc hissini yox etdilər”.

Mətbuatda yer alan məlumatlara görə, plakatların sökülməsi Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top