Cahangir Hacıyev şikayətini geri götürdü


“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev barəsində hökmdən kassasiya şikayəti üzrə məhkəmə keçirilib. Ali Məhkəmədə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcovla Fəxrəddin Mehtiyev kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib. Onlar bildirib ki, əlavə sənədlər əsasında kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ortaya çıxıb. C.Hacıyev də məhkəməyə ərizə göndərərək, vəkilləri ilə razı olduğunu qeyd edib. Məhkəmənin qərarı ilə kassasiya şikayəti geri qaytarılıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top