Tramp ölkənin təhlükəsizliyini qadına tapşırdı


ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri vəzifəsinə Kirsten Nilseni təyin edib. "Politico" xəbər verir ki, 45 yaşlı Nilsen ümumi və kibertəhlükəsizlik məsələləri üzrə mütəxəssis olub, milli təhlükəsizlik sahəsində geniş təcrübəyə malikdir. Nilsen MTN-nin sabiq rəhbəri Con Kellinin müavini vəzifəsində çalışıb. Kelli aparatın rəhbəri vəzifəsinə təyin edildikdən sonra Nilsen onunla birlikdə Ağ evdə işləyib. İndi Nilsenin namizədliyini Konqres təsdiq etməlidir. Qeyd edək ki, ABŞ-da Milli Təhlükəsizlik Nazirliyi 2001-ci ildə, 11 sentyabr terraktından sonra yaradılıb.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top