Bakıda sakinlərin evlərini sökən şirkət kimindir? VİDEO

Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən, vətəndaşların şəxsi mülkiyyətində olan 3 ədəd ev "Evrostroy-S.S" adlı şirkət tərəfindən zorakılıq tətbiq olunmaqla sökülüb. Söküntü anını əks etdirən videogörüntülər artıq sosial şəbəkələrdə geniş yayılıb. "Yeniavaz.com" xəbər verir ki, "Evrostroy-S.S" şirkətindən mətbuata verilən açıqlamada deyilir ki, evlər sökülərkən yalnız 3 evin mülkiyyətçisi ilə problemlər yaranıb. Şirkətdən bildiriblər ki, həmin mülkiyyətçilər - Abdullayev İsmət Rasim oğlu, Gülnaz Həsən qızı Əlizadə və Zaman Şəmsəddin oğlu Hüseynov olub. Problemin səbəb kimi isə mülkiyyət sahiblərini söküləcək evlər üçün onların real dəyərindən dəfələrlə artıq pul istəmələri olub.

Qeyd edək ki, tərəflər arasında uzun müddət məhkəmə çəkişməsi olub və 29 avqust tarixində Bakı Apellyasiya Məhkəməsi həmin ərazidə yerləşən 3 evin sökülməməsi barədə qərar verib.

Məlumat üçün bildirək ki, baş vermiş hadisədən sonra mətbuatın gündəminə gələn "Evrostroy-S.S" MMC 30 mart 2016-cı ildə dövlət qeydiyyatından keçib. Təsis olunmasından təxminən il yarım keçsədə bu şirkətin adına yalnız məhkəmə çəkişmələrində rast gəlmək mümkündür. Şirkətin nə veb-saytı, nə də sosial şəbəkələrdə səhifələri mövcud deyil.

yeqanov

DİGƏR XƏBƏRLƏR

Top