Nazir: Rusiya Türkiyəyə eyni ilə cavab verəcək

Moskva Türkiyənin Rusiya kənd təsərrüfatı məhsullarına qarşı hərəkətlərinə eyni ilə cavab verməyə məcbur olacaq.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov deyib. Nazir bildirib: “Fikrimcə, bu, bürokratik yükləmədir və yaxşı heç nəyə gətirib çıxarmayacaq. Mən türkiyəli həmkarlarımızdan soruşmaq istəyirəm – nəyə görə? Biz ki buna ümid etmirdik, planlarımızı bu barədə qurmurduq. Əksinə, gömrük və digər rejimləri sadələşdirmək lazımdır. Buna görə də söhbət belə iddialardan gedəcəksə, biz Türkiyədən tərəvəzlərin, sitrus meyvələrin idxalına eyni ilə adekvat reaksiya verəcəyik”. A. Tkaçov qeyd edib ki, Ankaranın hərəkəti o qədər də başa düşülən deyil və Rusiya taxılının tədarükünü çətinləşdirir.

Xatırladaq ki, Ankara oktyabrın 9-da Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalına yeni məhdudiyyətlər tətbiq edib. Belə ki, Rusiyadan kənd təsərrüfatı məhsullarının (buğda, rafinə olunmamış günəbaxan yağı, qarğıdalı, quru noxud, təmizlənməmiş düyü, jmıx, günəbaxan toxumları, bərk buğda) idxalı zamanı gömrükdə göstərilmiş qaimə-fakturaların təsdiq olunması məcburi hal alır.

DİGƏR XƏBƏRLƏR

Top