Dünyadakı edamların 87 faizi 4 ölkənin payına düşür

2016-cı ildə bütün dünya üzrə edamların sayı 37 faiz azalıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibi Antoniu Quterriş deyib. Onun sözlərinə görə, əksər ölüm hökmü cəmi dörd ölkənin payına düşür. A. Quterriş qeyd edib ki, təxminən 170 ölkə edamları qadağan edib və ya dayandırıb: “Qambiya və Madaqaskar buna doğru vacib addımlar atır. Bununla belə, edamların 87 faizi Çin, İran, Səudiyyə Ərəbistanı və İraqın payına düşür”. O diqqətə çatdırıb ki, ölüm hökmü qurbanlara kömək etmir və cinayətin qarşısını almır, məhkəmələr isə səhvlərdən sığortalanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top