Polad Bülbüloğlu namizədliyini geri götürüb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb. "RİA Novosti" xəbər verir ki, P.Bülbüloğlu bu addımı oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra atıb. Məlumata görə, YUNESKO-nun İcraiyyə Şurası oktyabrın 9-da keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Bu gün YUNESKO-nun baş direktoru vəzifəsinə keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib.


Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.
Xatırladaq ki, YUNESKO-nun yeni baş direktoru vəzifəsinə əvvəlcə 9 nəfərin namizədliyi irəli sürülüb. Lakin sonradan Qvatemala və İraq öz namizədliklərini geri götürüb. Nəticədə seçkilərdə Azərbaycan (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu), Çin (YUNESKO-nun təhsil məsələləri üzrə baş direktorunun müavini Syan Tan), Misir (Ailə işləri üzrə sabiq nazir və hüquq müdafiəçisi Vera əl-Huri Lakoy), Vyetnam (xarici işlər nazirinin müavini Fam Suan Şon), Qətər (sabiq mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari), Fransa (keçmiş mədəniyyət və kommunikasiya naziri Odri Azule) qalıb.Report

DİGƏR XƏBƏRLƏR

Top