Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub. Nazirliyin saytının verdiyi məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.