Türkiyə baş nazirinin İraqa səfərinin tarixi açıqlandı


Türkiyənin baş naziri Binəli Yıldırım cari həftənin sonu İraqa səfər edəcək. Türkiyə mətbuatı xəbər verir ki, bu səfərin oktyabrın 15-də gerçəkləşəcəyi gözlənilir. B.Yıldırım səfər çərçivəsində İraqın baş naziri Heydər əl-İbadi ilə görüşəcək. Hər iki rəsminin İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyəti, Başika bölgəsində Türkiyə hərbçilərinin qalmasının vacibliyini müzakirə edəcəkləri gözlənilir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top