Kiber cinayətkarlar Rusiyaya 55,5 milyon dollar ziyan vurublar

Rusiya 2016-cı ilin II rübündə-2017-ci ilin I rübündə kiber cinayətkarların fəaliyyəti nəticəsində 55,5 milyon dollar zərər görüb.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Group-IB” şirkətinin Araşdırmalar və kiber kəşfiyyat servisi şöbəsinin müdiri Dmitri Volkov deyib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövründə bu rəqəm 66,8 milyon dollar təşkil edib: “Zərərin miqdarının azalması kiber cinayətkarlıqla mübarizədə vəziyyətin yaxşılaşması anlamına gəlmir”.

DİGƏR XƏBƏRLƏR

Top