Yevlaxda internet vasitəsilə dələduzluq edən şəxs tutulub

Yevlaxda internet vasitəsi ilə insanları aldadan şəxs saxlanılıb. Bərdə rayon sakini, 1996-cı il təvəllüdlü Fərid Rauf oğlu Əzizov internet səhifələrində müxtəlif cinsli itlərin satılması barədə elan yerləşdirərək vətəndaşları aldadıb. Elanı görən Bakı şəhər sakinləri-Rövşən Bayram oğlu Bayramov, Rüfət Rauf oğlu Babayev və Yevlax şəhər sakini Elmir İlham oğlu Qocayev Fərid Əzizovla əlaqə saxlayıb it almaq istədiklərini bildiriblər. F.Əzizov alıcı qismində zəng edənlərə müxtəlif poçt ünvanlarına pul göndərdikdən sonra itlərin onlara verəcəyini bildirib. Deyilən məbləğdə pul həmin ünvanlara göndərilsə də, itlər pul ödəyənlərə çatdırılmayıb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları F. Əzizovu saxlayıblar. Məlum olub ki, F.Əzizov ona zəng edən Rövşən Bayramovdan 300 manat, Rüfət Babayevdən 350 manat, Elmir Qocayevdən 150 manat pulu aldatma yolu ilə alıb. Faktla bağlı Yevlax Polis Şöbəsində araşdırma aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top