Ürək-damar xəstəliklərini önləməyin 5 yolu...

Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin, bu səbəbdən dünyasını dəyişənlərin sayı ilbəil artır. "Yeniavaz.com" saytı Türkiyə KİV-nə istinadən bu xəstəliyi önləməyin 5 yolunu təqdim edir.

1. Təzyiqi nizamlamaq

Yüksək təzyiq xəstəliyindən əziyyət çəkirsinizsə, diaqnozu dəyişmək çətindir, amma xəstəliyi idarə etmək olar. Bunun üçün sizə mənfi təsir göstərən şeylərdən mümkün qədər uzaq durmağa, düzgün qidalanmaya diqqət yetirin.

2. Xolestrol probleminə qarşı pəhriz

Yüksək risk faktorlarından biri də xolestroldur. Qidalanma ilə əlaqədar xolestrolunuz yüksəkdirsə, bunu pəhriz ilə çözmək mümkündür. "Ailəvi xolestrol" problemi dediyimiz genetik pozğunluğun isə dərman qəbul etmədən həlli mümkünsüzdür.

3. Stresi idarə edin

Stress bir çox xəstəlikdə olduğu kimi ürək xəstəliklərində də risk faktorudur. Onu ortadan qaldırmaq mümkün deyil, amma yönəltməyi öyrənə bilərsiniz. Bunun üçün professional yardım almaqdan da çəkinməməlisiniz.

4. Siqaretdən uzaq durun

Risk faktorlarının önündə gələnlərdən biri də siqaretdir. Lakin bu riski dəyişmək öz əlimizdədir. Siqaretə alışdıqdan sonra onu tərgitmək çətinləşir. Lakin mərhələli də olsa, ondan birdəfəlik qurtulmaq mümkündür.

5. Hərəkət

Hərəkətsiz yaşam, passiv həyat tərzi də ürək-damar sağlamlığına mənfi təsir edir. Lakin aktiv, hərəkətli yaşam həyatına keçidlə bu riski aradan qaldırmaq olar.

Saydığımız risk faktorlarının hər biri əslində sağlam yaşamın təməl şərtlərini təmsil edir. Bu səbəbdən ürək-damar sağlamlığınızı qorumaq adına bütün bunları etməklə siz həm də digər orqanlarınızı da qorumuş olarsınız...

DİGƏR XƏBƏRLƏR

Top