Türkiyə iki amerikalı basketbolçunun ölkəyə girişlərinə icazə vermədi

Türkiyə hökuməti Ankara ilə Vaşinqton arasında münasibətlərin pisləşməsi səbəbindən Rusiyanın qadınlardan ibarət “Nadejda” basketbol komandasının iki amerikalı üzvünün İstanbula girişinə qadağa qoyub.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, amerikalı basketbolçular Emma Keonn və Brionna Consun Türkiyəyə girişi qadağan edilib. Orenburq vilayətini təmsil edən “Nadejda” komandası oktyabrın 11-də İstanbulun “Fənərbağça” klubu ilə Avroliqanın start matçına çıxacaq.

Xatırladaq ki, ABŞ oktyabrın 8-də Türkiyə ərazisindəki bütün diplomatik missiyalarda qeyri-miqrasiya vizalarının verilməsini dayandırıb. Ötən həftə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Metin Topuz həbs olunduqdan sonra bu cür qərar verilib. M. Topuz konstitusiyanı pozmaqda və Türkiyə hökumətini devirmək cəhdində ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top