Putinin istefaya göndərdiyi qubernatorların sayı 10-a çatdı

Rusiya Prezidenti Vladimir Putin İvanov vilayətinin qubernatoru Pavel Konkovun istefasını qəbul edib. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, P. Konkov təqribən iki həftə ərzində “öz istəyi ilə” vəzifəsini tərk edən sayca onuncu region başçısı oldu. V. Putin iqtisadi inkişaf nazirinin müavini Stanislav Voskrenskini İvanov vilayətinin başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib. Xatırladaq ki, buna qədər ardıcıllıqla Samara, Nijnı Novqorod vilayətləri, Krasnodar diyarı, Dağıstan respublikası, Nenets muxtar dairəsi, Primorsk, Novosibirsk və Omsk vilayətlətinin başçıları vəzifələrindən azad olunublar.

DİGƏR XƏBƏRLƏR

Top