İraq kürd muxtariyyətindən yan keçməklə Türkiyəyə neft ixrac edəcək

İraq Kərkükdən Türkiyənin Ceyhan şəhərinə kürd muxtariyyətindən yan keçməklə neft tədarük etmək üçün neft kəmərini bərpa edəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İraqın neft naziri Cabbar əl-Laibi müvafiq göstəriş verib. Bildirilir ki, neft nəqli Kərkükdəki yataqdan Salah əd-Din və Neynəvə vilayətləri üzərindən həyata keçiriləcək. Neft kəmərinin layihə gücü sutkada 400 min bareldir.

DİGƏR XƏBƏRLƏR

Top