
Suriyada Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb. "RİA Novosti”nin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə təyyarə Hmeymim aviabazasından havaya qalxarkən baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Pilotlar katapult etməyə imkan tapmayıblar. Hər iki pilot ölüb.Apa
Tətbiqimizi yükləyə bilərsiniz