Banklar əmanətləri milli valyutada 7,6%-ə, xarici valyutada isə 3,4%-ə cəlb ediblər

Banklarda yerləşdirilən əmanətlərin 27,8%-i və ya 1 milyard 918,4 milyon manatı milli valyuta, 72,2%-i və ya 4 milyard 977,1 milyon manatı isə xarici valyuta ilə cəlb olunub. "Yeniavaz.com"un Mərkəzi Bankdan (MB) açıqlanan sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, milli valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi 7,6%, xarici valyuta ilə cəlb olunan əmanətlərin orta faiz dərəcəsi isə 3,4% olub. Əmanətlərin 92,4%-i və ya 6 milyard 374,8 milyon manatı Bakı şəhərinin payına düşüb. Paytaxt banklarında əmanətlər üzrə orta faiz dərəcəsi 4,4% olub. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Gəncə-Qazax, Aran iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Dağlıq Şirvan olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 7,2% və 6,7% olub. Ən aşağı faiz dərəcəsi isə Yuxarı Qarabağ (3,4%) və Naxçıvan (2,3%) iqtisadi rayonlarında müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top