Azərbaycanda elə uzunömürlülər var ki ...

Bu gün insanlar nəinki 70, 80 yaşı deyil, 90 yaşı adlamaq istəyirlər. Bu da olduqca düzgün yanaşmadır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan fizioloqlarının V qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün qlobal dünyada biotibbi sahədə sensor fiziologiyasının tətbiqi üçün geniş tədqiqatlar aparılır.

A.Əlizadə deyib ki, Azərbaycan alimləri də bu sahədə tədqiqatlarını genişləndirməlidirlər.

Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bildirib ki, hazırda multidissiplenar tədqiqatlara geniş yer ayrılır.

Onun sözlərinə görə, fiziologiya elminin müasir mərhələsi biotəbabət istiqaməti ilə xarakterizə olunur. İnstitutun elmi tematikası bütövlükdə herontologiya, neyrofiziologiya sahəsində aparılan tədqiqatlara yönəlib.

U.Həşimova bildirib ki, Azərbaycan dünyada uzunömürlülüyün populyasiya səviyyəsində olduğu ölkələrdən biridir: "Azərbaycanda 90-100 yaşa çatmaq normal qarşılanır. Azərbaycanda elə uzunömürlü var ki, ömründə həkimə getməyib". Trend

DİGƏR XƏBƏRLƏR

Top