Myanmalı müsəlmanları daşıyan qayıq batıb, 12 nəfər ölüb, 25 nəfər itkin düşüb

İçərsində Myanmalı müsəlmanlar olan qayığın qəzaya uğraması nəticəsində 10-u uşaq olmaqla 12 nəfər ölüb.

Bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı öz hesabatında bildirib.

Məlumata əsasən, onlar Mynamada fanatik buddistlərin hücumlarından qaçaraq Banqladeşlə sərhəddə yerləşən Naf çayını keçmək istəyirmişlər. Qayıq oktyabrın 9-da gecə saatlarında Banqladeşin Şah Porir Dvayp məntəqəsi yaxınlığında qəzaya uğrayıb.

Xilasetmə tədbirləri nəticəsində 13 nəfər xilas edilib. İtkin düşən daha 25 nəfərin xilas edilməsi üçün axtarış tədbiri keçirilir. Report

DİGƏR XƏBƏRLƏR

Top