Bu il Nobel mükafatını 3 ölkədə işləyən 11 nəfər aldı

Bu il Nobel mükafatının verilməsi həftəsi oktyabrın 9-da Stokholm və Osloda başa çatıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məıumata görə, 2017-ci il üzrə Nobel mükafatına ümumilikdə ABŞ, Böyük Britaniya, İsveçrədə işləyən 11 nəfər və bir təşkilat layiq görülüb.

Cari ildə hər bir nominasiyada Nobel mükafatının məbləği 9 milyon İsveç kronu (təqribən 1 milyon dollar) təşkil edir.

Bütün laureatların mükafatlandırılması mərasimi ənənəvi olaraq dekabrın 10-da keçiriləcək.

Belə ki, həmin tarixdə Nobel mükafatının təsisçisi olan isveçli sahibkar və ixtiraçı Alfred Nobel (1833-1896) vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top