Səudiyyə Ərəbistanı neft ixracını rekord səviyyədə azaldacaq

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti tarixi ərzində noyabrda neft ixracını rekord səviyyədə azaltmağı planlaşdırır.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkənin Energetika, Sənaye və Mineral Resurslar Nazirliyindən deyiblər. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Arabian Oil Co.” (“Saudi Aramco”) noyabrda tədarükləri sutkada təqribən 560 min barel azaldaraq sutkada 7,15 milyon barelə çatdırmağı planlaşdırır. Bununla belə, şirkətin müştərilərinin noyabr ayı üçün cari sifarişləri sutkada 7,7 milyon bareli ötür.

Xatırladaq ki, OPEK və təşkilata daxil olmayan bir neçə ölkə (OPEK+) 2016-cı ilin sonunda Vyanada neft hasilatını ümumilikdə sutkada 1,8 milyon barel azaltmaq barədə razılığa gəliblər. 2017-ci ilin mayında bu razılaşma 9 ay müddətinə uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top