Yaşı 70-dən çox olan icra başçıları - FOTOLAR

Azərbaycanda icra başçıları arasında gənc yoxdur. "Yeniavaz.com" saytı xəbər verir ki, icra başçılarının əksəriyyəti 50-60-cı illərdə dünyaya gəlmiş şəxslərdir. İcra başçıları arasında yaşı 70-dən çox olan şəxslər də var. İcra başçıları arasında 80-ci illərdə doğulmuş cəmi bir nəfər var.

Əvvəlcə yaşı 70-dən çox olan icra başçılarının siyahısına diqqət yetirək.

Ən yaşlı icra başçısının 78 yaşı var. Həmin şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevdir. Ş. Xanbabayev 1939-cu il aprelin

1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub.

Digər ən yaşlı icra başçısı 73 yaşındadır. Həmin şəxs Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur. T. Zeynalov 17 iyul 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 70 yaşı var. Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Samux Rayon İcra Hakimiyyəti başçısı da 70 yaşındadır. Alı Qocayev 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun 66 yaşı var. Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub.

Azərbaycanın ən cavan İcra Hakimiyyəti başçısı isə 36 yaşındadır. Həmin şəxs Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovdur. O, 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov isə 3.01.1969-cu ildə Yevlax şəhərində anadan olub.

Digər icra başçıları...

Maraqlı ola biləcəyini nəzərə alıb digər icra başçılarının da təvəllüdlərini təqdim edirik.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova 1962-ci ildə Şuşa şəhərində anadan olub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 1959-cu ildə Bərdə şəhərində anadan olub.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov 1961-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 1968-ci ildə Lənkəranda anadan olub.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1961-ci ildə Naxçıvanda doğulub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev 1956-cı ildə dünyaya gəlib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1957-ci ildə Cəbrayılda dünyaya gəlib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 1958-ci ildə Masallı rayonunda anadan olub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov 1966-cı ildə Ermənistan SSR-nin Vedi rayonunda anadan olub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin 1954-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı 1951-ci ildə Yevlax rayonu, Malbinəsi kəndində dünyaya gəlib.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 1953-cü ildə Xocalıda anadan olub.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1959-cu ildə Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində dünyaya gəlib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 1957-ci ildə Xanlar (indiki Göygöl) şəhərində anadan olub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 1950-ci ildə İsmayıllının Lahıc qəsəbəsində anadan olub.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 1965-ci ildə Yevlaxda anadan olub.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev 1959-cu ildə Qax rayonunda anadan olub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov 1956-cı ildə Bakı şəhərində anadan olub.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 1952-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı İsaqov Malik 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində doğulub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Alxasov Şair bu rayonun Çətkün kəndində doğulub.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Bağırov Rövşən 1966-cı ildə Bakı şəhərində dünyaya gəlib.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin 1959-cu ildə İmişli rayonunda anadan olub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı İsmayılov Nazim 1952-ci ildə Göyçay rayonunda doğulub.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 1963-cü ildə Laçın rayonunun Güləbird kəndində anadan olub.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 1954-cü ildə Lerik rayonu Zövnə kəndində anadan olub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1961-ci ildə Sabirabadda doğulub.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov 1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 1960-cı ildə Yevlax şəhərində anadan olub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 1956-cı ildə Bakı şəhərində doğulub.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 1960-cı ilin aprel ayının 7-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 1959-cu ildə Zərdab rayonunun Qaravəlli kəndində doğulub.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top