“Telefon terrorçuları”na görə Rusiyada 1 milyona yaxın adam təxliyə edilib

Rusiyada bir aydan az müddət ərzində bomba təhlükəsi barədə yalan məlumatlara görə azı 950 min nəfər təxliyə edilib.

“Yeniavaz.com”un “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bu il sentyabrın 11-dən oktyabrın 9-dək ümumilikdə “telefon terrorçuları” 2300-dən çox anonim zəng ediblər. 144 şəhərdə ticarət mərkəzləri, məktəblər, vağzallar, aeroportlar, kinoteatrlar, gecə klubları və dövlət hakimiyyət orqanlarının binalarının da olduğu 2300-dən çox obyektdə bomba qoyulması barədə anonim zənglər daxil olub. Binalarda partlayıcı qurğuların qoyulması barədə heç bir məlumat təsdiqini tapmayıb.

Xatırladaq ki, xaricdə yaşayan 4 rusiyalının yalan zəngləri təşkil etdiyi müəyyən edilib. Hazırda xüsusi xidmət orqanları onların axtarışı ilə məşğul olur.

DİGƏR XƏBƏRLƏR

Top