
Rusiyada “Qazprom-Media” özünün “Matç TV” idman kanalının idarəçilik sistemini dəyişir. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, “Matç TV” və onunla bağlı olan tematik idman telekanalları digər subholdiqin – “QPM Razvlekatelnoe TV”nin idarəçiliyinə veriləcək. Dmitri Qranov “QPM Matç” MMC-nin baş direktoru vəzifəsini tərk edəcək. O, “Matç TV”nin icraçı direktoru olacaq. Telekanalın idarəçiliyi “QPM Razvlekatelnoe TV” MMC-yə keçir. Bu şirkətə isə “Comedy Club Production”un təsisçisi Artur Canibekyan başçılıq edir. Hazırda “QPM Razvlekatelnoe TV” subholdinqi TNT, TV3, “Pyatnitsa”, TNT4, 2x2 telekanallarını, eləcə də “Comedy Club Production” və “Qud Stori Media” istehsalat studiyalarını idarə edir. Dəyişikliklərin əsas biznes prosesləri optimallaşdırmaq, idarəetməyə çəkilən xərcləri azaltmaq və əməliyyat səmərəliliyini yüksəltəmək üçün edildiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz