Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarına yeni qayda tətbiq etdi

Türkiyə Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalına qarşı yeni qayda tətbiq edib.

“Yeniavaz.com”un məlumatına görə, bunu RİA Novosti-yə İstanbul İxracatçılar İttifaqının İdarəetmə Şurasının üzvü Zəkəriyyə Mete deyib. Onun sözlərinə görə, məqsəd Rusiyadan tədarükləri nizamlamaqdır, bunu məhdudiyyətlər və ya qadağa adlandırmaq düzgün deyil. Z. Mete qeyd edib ki, Rusiyada olduğu kimi Türkiyədə də qida məhsulları ilə ticarət məcəlləsi mövcuddur: “Xaricdən bəzən lazımi sənədləri olmayan mallar nəzarət edilmədən daxil olur və sonradan həmin məhsulu satan türk şirkətlərinin problemləri yaranır. Buna görə də hökumətin nizamlama haqqında qərarı mövcud şəraitdə tamamilə normaldır”. Rusiyanın Ankaradakı ticarət nümayəndəliyinin əməkdaşı bildirib ki, ticarət missiyası Türkiyə hökumətinin Rusiya kənd təsərrüfatı məhsullarına qarşı qəbul etdiyi tədbirlərin mahiyyətini araşdırır.

DİGƏR XƏBƏRLƏR

Top