208 günlük danışıqlardan sonra Niderlandda hökumət formalaşdırılır

Niderlandın dörd siyasi qüvvəsi hakim koalisiyanın qurulması haqqında saziş üzərində işi başa çatdırıb.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu danışıqlardakı vasitəçi Gerrit Zalm deyib. Onun sözlərinə görə, sənəd layihəsi üzərində iş yekunlaşıb. İndi 4 təşkilatın liderləri - Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası, Xristian-Demokrartik Çağırış, Demokratlar-66 və Xristian İttifaqı – mili parlamentin yuxarı və aşağı palatasındakı öz fraksiyalarının liderlərini əldə edilmiş razılaşma barədə məlumatlandırmalıdırlar.

Bu həftə parlamentdə G. Zalmın iştirakı ilə debatlar keçiriləcək. Debatların yekunu üzrə ölkənin əsas qanunverici orqanı Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri, fəaliyyətdə olan Baş nazir Marka Rütteni demək olar formator təyin edəcək. Onun əsas vəzifəsi yeni hökumətin formalaşdırılması olacaq. Xatırladaq ki, Niderlandda parlament seçkiləri martın 15-də keçirilib.

Seçkilərdə Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası qalib gələrək aşağı palatada 150 yerdən 33-ünü qazanıb. Partiya hakim koalisiyanı formalaşdırmaq üçün Xristian-Demokrartik Çağırış, Demokratlar-66 və Xristian İttifaqı ilə dialoq qurub. Danışıqlar 208 gün davam edib və ölkə tarixində ən uzunmüddətli danışıqlardan biri olub.

DİGƏR XƏBƏRLƏR

Top