Beyin ilə bağırsaqlar arasında əlaqə var... FOTOLAR

Beyin ilə bağırsaqlar arasında bağlantı var. Araşdırmaçılar bağırsaqlara "vücudun ikinci beyni" deyilir. "Yeniavaz.com" saytının Türkiyə KİV-nə istinadən məlumatına görə, həkimlər bildirirlər ki, yeyilən qidalarla xoşbəxtlik hormonu sayılan serotonin arasında əlaqənin olması insanın gündəlik əhvali-ruhiyyəsinə təsir edir.

Dietoloq Bengi Çetiner bildirir ki, sağlam beyin üçün sağlam bağırsaq sisteminin olması lazımdır. Onun sözlərinə görə, serotonin çatışmazlığı olanda insan depressiyada və yorğun olur.

MUZ

Banan

Meyvələr içində tərkibində ən çox serotonin olan banandır. Kalium və B vitaminləri sayəsində enerji verir. Gündəlik əhvali-ruhiyyənizi 1 banan ilə müsbətə yönləndirə bilərsiniz.

ÇİLEK

Çiyələk

C vitamini ilə zəngin olan çiyələk də orqanizmdə serotonini artırır. Mövsüm vaxtı hər gün 6-8 ədəd çiyələk yemək faydalıdır.

SÜT, KEFİR

Süd, kefir

Gündə 1 stəkan süd və ya kefir içmək serotonini artırır və insanı rahatlaşdırır.

BALIK

Balıq

Balıq "Omega 3" sayəsində serotonin hormonunu artıraraq insanın özünü daha yaxşı hiss etməsinə şərait yaradır. Ayda ən azı 7-8 dəfə (1-i mütləq yağlı olmalıdır) balıq yeyərək əhvalınızın müsbətə doğru dəyişməsinə şərait yaratmalısınız.

ÇİKOLATA

Şokolad

Gündəlik 1-2 "plitka" şokolad yemək orqanizmə psixoloji rahatlıq baxımından çox faydalıdır.

MAKARNA, NOHUT, BULGUR

Makaron, noxud, bulğur

B vitamini ilə zəngin olan bulğur, noxud, makaron və buğda xoşbəxtlik hormonu yaradan qidalar hesab olunurlar.

KURUYEMİŞ

Qoz, badam, fındıq

E vitamini ilə zəngin olan fındıq, qoz, badam kimi meyvələr sinir sisteminin fəaliyyətinin normallaşmasına, sinirin sakitləşməsinə kömək edir. Gündə bir ovuc bu meyvələrdən yemək çox faydalı olar.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top