Bakıda polislərdən qaçan şəxs özünü bıçaqladı


Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib. Hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək, xəstəxanaya yerləşdirilib. Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görə də intihara cəhd göstərib. Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, S. Məhərrəmovun intihara cəhd etməsinin dəqiq səbəbləri araşdırılır.Report

DİGƏR XƏBƏRLƏR

Top