Azərbaycanlı çoban “O Səs Türkiyə” yarışmasında


Sosial şəbəkələrdə gözəl səsli çoban kimi tanınan Neftçalalı Pərvin Səfərov “O Səs Türkiyə” yarışma poqramında iştirak edib. "Yeniavaz.com" xəbər verir ki, Pərvin səhnəyə “Nazəndə Sevgilim” mahnısı ilə çıxıb. Həyəcanlı olduğu görünən Pərvinin ifasını münsiflərdən Hadisə, Gökan və Murat bəyənərək ona tərəf dönüblər. Digər münsif, Yıldız Tilbe Pərvinin səsini bəyəndiyini, sadəcə təmiz türk dilində oxumadığı üçün ona tərəf dönmədiyini bildirib.

Verilişin aparıcısı və layihə rəhbəri Acun İlıcalı Pərvinin Azərbaycanda çobanlıq etdiyi barədə hər kəsə məlumat verib və onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib. Videodan sonra münsiflər ondan bir mahnı da oxumasını xahiş ediblər. Pərvin onlar üçün “Gülə bilməz” mahnısını ifa edib. Səfərov “O Səs Türkiyə” yarışmasının onun xəyal etdiyi bir yarışma olduğunu bildirərək dəvət edikləri üçün bütün heyyətə təşəkkür edib. Azərbaycanlı iştirakçı şeçim edərək Murad Bozun komandası ilə yarışmaya davam edəcəyinə qərar verib.

Pərvin Səfərov

DİGƏR XƏBƏRLƏR

Top