Misirdə 13 nəfərə ölüm cəzası verildi

Misirin Cinayət məhkəməsi "Əcnad Mısr" terror qruplaşmasının 13 silahlısına qarşı ölüm hökmü çıxarıb. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, silahlılar paytaxt Qahirədə təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı hücumlarda iştirak etməkdə günahkar bilinir. Misirdə bütün ölüm hökmləri kimi məhkəmənin qərarı da baxılması üçün ölkənin ali muftisinə göndərilib. Yekun hökm dekabrın 7-də oxunacaq. "Əcnad Mısr" (Misirin əsgərləri) qruplaşması ölkənin keçmiş Prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra Qahirədə bir sıra səs-küylü terror aktları törədib. "Amnesty İnternational" beynəlxalq hüquq müdafiəisi təşkilatının məlumatına əsasən, 2016-cı ildə Misirdə azı 44 nəfər edam edilib. Ölkə bu göstərici üzrə Çin, İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistandan sonra altıncı yerdədir.

DİGƏR XƏBƏRLƏR

Top