Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və yeri gələn həftə bilinəcək

"Gələn həftə Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda gözlənilən görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik". Bunu Azərbaycanın Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Minsk qrupunun həmsədrləri ilə məhsuldar görüşümüz oldu. Hər halda bunu belə qiymətləndirmək olar. Biz yaxın günlərdə, çox güman ki, gələn həftə prezidentlərin görüşünün vaxtı və yeri barədə mətbuata açıqlama verəcəyik", - deyə o söyləyib. report

DİGƏR XƏBƏRLƏR

Top