Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşüb. Görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub. Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli və GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. apa