Keçmiş argentinalı futbolçu Dieqo Maradona qızları Dalma və Caninni məhkəməyə verir.
"The Sun" qəzetinin yazdığına görə, qızlar atasının icazəsi olmadan onun hesabından Uruqvaydakı banka 1,45 milyon funt sterlinq vəsait köçürüb.
Maradona qızlarını onun bank hesabından 1,45 milyon funtsterlinq oğurlmaqda ittiham edir. Argentinalı artıq vəkillərinə iddia ərizəsi üçün sənədləri hazırlamağı tapşırıb.
56 yaşlı futbolçu bu işdə qızlarına onların anası, Maradonanın keçmiş həyat yoldaşı Klaudiya Vilyafanın da kömək edə biləciyini istisna etməyib. Maradona keçmiş həyat yoldaşını 2015-ci ildə 9 milyon dollar oğurluqda da günahlandırmışdı.
Xatırladaq ki, sonuncunu Maradona 2015-ci ildə məhkəməyə verib və sabiq xanımının 9 milyon dollarının mənimsədiyini iddia edib. oxu.az