Axtarışda olan 38 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 100 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər tutulub.

DİGƏR XƏBƏRLƏR

Top