AŞPA-nın yeni sədrinin seçilmə tarixi bəlli oldu: iki namizəd var

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yeni sədrini oktyabrın 9-da Strasburqda seçəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, AŞPA-nin yeni sədri vəzifəsinə iki namizəd var. Assambleyanın qaydalarına əsasən, sədr gizli səsvermə yolu ilə seçiləcək. İstefa vermiş P. Aqramuntun yerinə kiprli Stella Kiriakides və litvalı Emmanuelis Zinqerisin namizədlikləri təklif olunub. AŞPA-nin yeni sədri öz vəzifəsində 22-26 yanvar 2018-ci il tarixinədək qalacaq. Həmin vaxt Strasburqda AŞPA-nın növbəti sessiyasının açılışı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top